Avropa Siyasi Birliyinin 8-ci sammitinin keçirilməsi Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşması ilə mümkün olub.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Koşta İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, sülh prosesi və Ermənistan-Türkiyə münasibətlərində əldə olunan irəliləyişlər sayəsində Cənubi Qafqaz yeni transformasiya mərhələsinə qədəm qoyub.