Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən “EFES - 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Müdafiə Nazirliyindən 1xeber.media-ya verilən xəbərə görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir.