İranın Yəzd əyalətinin hüquq-mühafizə orqanları "İsa Məsih" olduğunu iddia edən təriqət qurucusunu saxlayıb.
1xeber.media xəbər verir ki, bu barədə əyalət prokuroru Mehdi Həsənpur bildirib.
"Əyalət təriqətinin lideri əvvəlcə Allah tərəfindən seçildiyini iddia edib, sonra "İsa Məsih"ə istinad edərək öz ilahiliyini elan edib", - İran mətbuatı Həsənpurun sözlərindən sitat gətirib.
Prokurorun sözlərinə görə, təriqət üzvləri Quranı yandırıb, müqəddəs yerləri, müsəlman dini liderlərini təhqir edib və İsrailin İran üzərində qələbəsi üçün dua ediblər. O, istintaq zamanı təriqətdə əsas rol oynayan üç şəxsin saxlanıldığını qeyd edib.