Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə XİN-in X hesabında bildirilib.
Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-AB əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.
“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - məlumatda qeyd olunub.