Cəllabadda gənc müəllim dünyasını dəyişib.
1xeber.media xəbər verir ki,əslən Cəllabad rayonunun Albalan kəndindən olan Əhməd Əhmədov Natiq oğlu uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Məlumata görə ,o, bağırsaq xərçəngindən dünyasını dəyişib.
Əhməd Əhmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəllabad filialının 2015–2020-ci il məzunu olub, tarix–coğrafiya ixtisası üzrə təhsil alıb. O, bir müddət imiş ki,rayondakı hazırlıq kurslarından birində müəllim kimi fəaliyyət göstərirmiş.
Mərhum ailəli olub, iki övladı yadigar qalıb.