Вернуться назад Распечатать

ABŞ 48 saat ərzində İrandan cavab gözləyir - Axios

Vaşinqton qarşıdakı 48 saat ərzində bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözləyir.

1xeber.media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Mümkün ABŞ-İran razılaşması hər iki tərəfin Hörmüz boğazından keçidlə bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını nəzərdə tutur.

Həmçinin razılaşmaya əsasən, İran uranın zənginləşdirilməsini dayandıracaq, Vaşinqton isə sanksiyaları ləğv edərək İranın maliyyə vəsaitlərini sərbəst buraxacaq”, - məlumatda bildirilib.