Вернуться назад Распечатать

Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı

İsveçrədə əvvəllər Atlantik okeanında kruiz gəmisində olan bir kişidə hantavirus infeksiyası aşkar edilib.

1xeber.media xəbər verir ki, bu barədə konfederasiyanın Nazirlər Kabineti mətbuata açıqlamasında bildirib.

"Xəstə İsveçrəyə qayıdan və əvvəllər bir neçə hantavirus infeksiyası halının qeydə alındığı kruiz gəmisində olan bir kişidir", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, xəstə Sürix Universitet Xəstəxanasında müalicə alır.

Daha əvvəl Atlantik okeanında kruiz gəmisində hantavirus epidemiyasının aşkarlandığı və nəticədə üç nəfərin öldüyü bildirilmişdi. Yoluxma hallarının sayı yeddiyə çatıb.