UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulacaq.
1xeber.media xəbər verir ki, cavab oyunlarından sonra finalçılar bəlli olacaq.
"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub - 3:1.
Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb - 1:0.
Hər iki görüş saat 23:00-da start götürəcək.
Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.