Bakının mərkəzi küçələrində tətbiq edilən yeni nişanlanma xətləri sürücülərin diqqətini çəkib.
1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, sözügedən xətlər əsasən avtobus zolaqları ilə digər hərəkət zolaqlarının kəsişdiyi hissələrdə çəkilib.
Bu cür nişanlanma xətlərinə sürücülər ilk dəfə rast gəldikləri üçün xətlərin nə ifadə etdiyi onlarda sual yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən xətlər "1.11" nişanlanlanma xətləridir:
"Bu xətlənmə bir çox yolda istifadə olunur. Videodan da göründüyü kimi, bu nişanlanma xətti sürücüləri çaşdırmır. Bu xətlər ikinci zolaqdan gələn nəqliyyat vasitələrinin sağa dönməsi üçün sağ zolağa keçməsinə icazə verir".