Вернуться назад Распечатать

Latviya ərazisinə 2 dron düşdü - Video

Latviyanın şərqində yerləşən Rezekne şəhərinin ərazisinə 2 ədəd pilotsuz uçuş aparatı (PUA) düşüb. 

1xeber.media xəbər verir ki, bu barədə yerli “Delfi” nəşri məlumat yayıb.

Məlumata görə, dron SIA “East-West Transit” neft anbarının ərazisində yerləşən boş neft çənlərinə çırpılıb. Hadisə nəticəsində 4 boş neft çəni zədələnib.

Bundan başqa, FP-1 tipli digər bir dronun sərnişin qatarına çırpıldığı bildirilir. 

Ölkənin müdafiə naziri Andris Spruds dronların Rusiyadakı hədəfləri vurmaq üçün Ukrayna ərazisindən buraxıla biləcəyini bildirsə də, bunun hələlik ilkin fərziyyə olduğunu qeyd edib.