Вернуться назад Распечатать

Jurnalist dərman şirkətindən hüquq mühafizə orqanlarına şikayət edir...


 Jurnalist Nicat Mahmudov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlayıb.

1xeber.media xəbər verir ki,jurnalist müraciətində “Paşa-K” dərman şirkətində baş verən qanunsuzluqlar barədə tədbir görülməsini xahiş edir.

Müraciəti olduğu kimi təqdim edirik:

NAZİRİ GENRAL POLKOVNİK  VİLAYYƏT EYVAZOV CƏNABINA

Surəti: BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN RƏİSİ  GENRAL- MAYOR  ƏKBƏR İSMAYILOV CƏNABINA
 
SURƏTİ: BAŞ MÜTƏŞƏKKİL CİNAYYƏTKARLIQIA MÜBARİZƏ İDARƏSİNİN RƏİSİ  ƏBÜLFƏT RZAYEV CƏNABINA

Hələ XVIII əsrdə alman kralı II Fridrix Potsdamda özünə saray tikmək üçün kasıb bir dəyirmançının dəyirmanını satın almaq istəyir və ona yüksək məbləğdə pul təklif edir. Heç bir pul qarşılığında dəyirmanını satmağa razı olmayan kəndlini qorxutmaq üçün II Fridrix deyir:
-Unutma ki, mən kralam !
Dəyirmançı bu gün də dünyanın hüquq kitablarında yazılan, dərsliklərdə tədris olunan məhşur cavabı verir:
-Sən də unutma ki, Berlində hakimlər var !
Beləcə dövlətin hüquq sisteminə və hakimlərinə inanan sadə bir dəyirmançı krala qalib gəlir və öz mülkiyyətini qoruyur. Amma XXI əsrdə Azərbaycanda nə dövlətə, nə hüquqa və qanunlara məhəl qoymayan, “burda mənəm Bağdadda kor xəlifə” təfəkkürüylə yaşayan insanlar var. Onlar üçün haqq-ədalət, mərhəmət hissləri çoxdan unudulub. İnsanlara və insanlığa pul kisəsindən baxan belələri başqalarının haqqını tapdalamağı, əmlakını zorla ələ keçirməyi gündəlik həyat tərzinə çeviriblər desək heç də yanılmarığ. 
Cənab NAZİR
!Azərbaycan hüquqi dövlətdir. Lakin məlumat üçün bildiririk ki əməkdaşımız Babaşlı Ülvü Babaş oğlu olmaq şərtilə Babaşovlar ailəsinin həyatı hər an təhlükədədir. Müzəffər Ali Baş Komandanın dəmir yumruğu düşmənlərimizi məhv etdi, xalqımıza böyük qələbənin sevincini yaşatdı. İçərimizdə dövlətimizə zərbə vuran, onun adından istifadə edərək sadə vətəndaşlara zülm edənlərə qarşı da dövlətimizn dəmir yumruğunu endirmək zamanıdır. Mən cənab Prezidentə, Mehriban xanıma, şanlı Azərbaycan polisinə güvənirəm. Sizin hər zaman haqqın, ədalətin tərəfində olmanızı bilirəm. Mənim müraciətimi cavabsız qoymayacağınıza ,bu ailəni ölümlə təhdid edənlərə qanunların sərt üzünü göstərəyinizə həqiqətin təntənəsinə yardımçı olacağınıza inanıram. 
Cənab Nazir, torpağını imperatora satmayan, sonda onun sarayının qonşuluğunda yaşayan dəyirmançı hər səhər krala təzə bişmiş isti bir çörək göndərirdi. Çörəyi qəbul edən kral demişdi:
-Ədalət hər səhər mənə isti bir çörək qoxusuyla gəlirdi !
Mən ədalətin qələbəsinə, dövlətimə, sizə ürəkdən inanıram. İnanıram ki, ədalət bizə də bir səhər təhlükəsiz həyat yaşamağımıza qovuşmamızla gələcək,o günü səbirsizliklə gözləyərək sizə müraciət edirik. 

Cənab Nazir!
Bu gün ölkəmizdə təəssüflər olsun ki, insan həyatını heçə sayan, onların sağlamlığı üzərində geniş biznes şəbəkəsi formalaşdıraraq milyonlarla vəsait qazanan şirkətlər fəaliyyət göstərir. Birbaşa millətin genefonduna zərbə vuran, gələcəyimizi məhvə sürükləyən belə şirkətlər səhiyyə sistemində xüsusilə təhlükəlidir. Keyfiyyətsiz, vaxtı keçmiş dərmanların satışı, milyonlarla vəsaitin vergidən yayındırılması onların əsas iş prinsipidir. Öz qanunsuz fəaliyyətini müxtəlif vasitələrlə pərdələməyə çalışan belə şirkətlər hətta vətəndaşları təhdid etməkdən, qorxutmaqdan belə çəkinmirlər. Qanunların aliliyinə kölgə salanlar mafiya qanunları ilə yaşayır və öz bizneslərini idarə edirlər. 
“Paşa-K” dərman şirkətində işləmiş, daha sonra heç bir ciddi səbəb göstərilmədən işdən çıxarılan Babaşlılar ailəsinin dramı bir daha dediklərimizin sübutudur. İşlədikləri şirkətdə baş verən cinayət əməllərindən xəbərdar olan ailə üzvləri bu gün qorxu içində yaşayır, həyatları təhlükə altındadır. Onların tək günahı “Paşa-K” şirkətinin qanunsuz əməlləri haqqında məlumatlı olmasıdır. Necə olur ki, qanunsuzluqlara imza atanlar, dövlətdən milyonlarla manat vəsaiti gizlədənlər əlini-qolunu sallayaraq gəzir, üstəlik bunlardan xəbərdar olan bir ailəni də ölümlə təhdid edir ? Burası dağ başıdırmı, yoxsa qanunlar ancaq yoxsullar və kimsəsizlər üçün yazılır?
Cənab nazir ! 
Siz hər zaman haqqın,ədalətin keşiyində dayanmısınız. Dövlətə,xalqa,Prezidentə sədaqətinizi hər zaman öz fəaliyyətinizlə sübut etmiş, bir nümunə olmusunuz. Sizin rəhbərliyiniz altında şərəfli Azərbaycan polisi cinayətkarların, kriminal aləmin önünə sədd çəkmiş, ölkəmizdə sabitlik bütün sahələrdə təmin olunmuşdur. 
Lakin görünür hələ də özlərini toxunulmaz sananlar, özlərində qanunlara meydan oxumaq cəsarətini tapanlar vardır. Belələri dövlətimiz, onun demokratik təsisatları üçün son dərəcə təhlükəlidir. Bəhs etdiyimiz “Paşa-K” şirkəti və onun əməlləri xüsusi araşdırma tələb edir. Çünki söhbət təkcə bir ailənin təhdid olunmasından, təhlükədə qalmasından getmir. Söhbət ciddi mənada millətin gələcəyindən, dövlətin təhlükəsizlik kodeksinin zədələnməsindən gedir. İnsan taleyindən tutmuş vergi qaçaqmalçılığına qədər hərtərəfli bir cinayət projesi ortadadır. İnanırıq ki, tezliklə peşəkar Azərbaycan polisi məsələyə müdaxilə edəcək, dövlətin, xalqın təhlükəsizliyini təhdid edən qanunsuz əməllər aradan qaldırılacaqdır. Biz sizin iradənizə, qanunsuzluqlara qarşı sərgilədiyiniz sərt mövqeyə inanırıq.
Cənab nazir
,,Mən və ailəmiz "Paşa- K" dərman şirkətində işləmişik. Yəni bir ailə olaraq orada çalışırdıq. Ancaq təxminən bir  müddıt əvvəl, səbəbsiz yerə işdən çıxarılmışıq. Şirkət tərəfindən heç bir izah və ya səbəb göstərilmir ki, işdən nə üçün azad olunmuşuq. Bu qərarı belə təqdim etməyə çalışırlar ki, guya ixtisarlar aparılıb. Halbuki belə deyil və şirkətdə bizim ailənin üzvlərindən başqa heç kəs işindən çıxarılmayıb. 
Cənab nazir
Sizə müraciətimizin əsas səbəbi odur ki, işdən azad olunduqdan sonra da şirkət rəhbərliyi bizdən əl çəkmir, təhdidlər yağdırır, hədə-qorxu gəlir. Ona görə də özümüzü təhlükədə hiss edir və köməklik gözləyirik. Çünki şirkətdə baş verən özbaşınalıqlar barəsində məlumatlı olmağımız "Paşa-K" rəhbərliyini ciddi şəkildə narahat edib. Odur ki, üzərimizə basqı edir, hədyanlar yağdırır, təhdidlə bizi qorxutmağa çalışırlar. O baxımdan, Daxili İşlər Nazirliyinin təhlükəsizliyimizə təminat verməsini xahiş edirik. 
Konkret faktlara, gəlincə, cənab nazir, əvvəla deməliyəm ki, mən şirkətdə mühasibatlıqda fəaliyyət göstərmişəm. Şirkətin hansı qanunsuz hərəkətlərə yol verdiyini bilirəm. Bu da ciddi şəkildə vergi və digər araşdırmalar tələb edən məsələdir. 
Belə ki, şirkətdə xərclərin süni şəkildə artırılması, məhsulun son istifadə tarixinin dəyişdirilməsi hallarına yol verilir. Eyni zamanda, rəsmi uçota daxil edilməyən məhsullar var. Ən əsası mikro proqram var - yəni satışın rəsmi qeydiyyatının aparılmaması. Nəticədə qəbz verilmir, saxta qaimadan istifadə olunur. Şirkətin bu qanunsuz fəaliyyəti həm dövlətə, həm dərman alıcılarına ciddi şəkildə zərər vurmaqdır. Bizim ailənin işdən çıxarılmasından sonra məhz bu özbaşınalıqları bildiyimiz üçün təhdidlərin, hədələrin olması təhlükəsizliyinin təmin olunmasını zəruri edir. Çünki onlar üstümüzə gəlir, müxtəlif telefon zəngləri ilə bizi qorxutmağa çalışırlar. Biz əmin deyilik ki, həyatımıza hər hansı sui-qəsd təşkil oluna, yaxud hücum edilə bilməz. Necə ki  09. 04. 2026 cı il tarixdə atama qarşı olunan hücumun təkrarlanmayacağına zəmanət istəyirik. Yəni bu təhlükədən sığortalanmamışıq. Odur ki, təhlükəsizliyimizi yalnız Azərbaycan polisi qoruya bilər. Bizim Daxili İşlər Nazirliyinə, onun orqanlarına böyük güvənimiz var. 
Cənab nazir, müraciətdə onu da bildirməliyəm ki, bu işlərin başında direktor Elxan Rzayev dayanır. İcraçı isə Səlahəddin Quliyevdir. Hazırda şirkətin maliyyə direktoru isə Murad Əhmədovdur. Bundan əlavə, "Paşa-K"da" qara işləri"n auditinə baş audit Vüqar Ələsgərov rəhbərlik edir. Bütün məhsulların tarixinin dəyişməsi isə təsisçi tərəfindən həyata keçirilir. Bu da böyük qanun pozuntularıdır və dövlət qurumlarının yoxlaması nəticəsində aşkarlana bilər. Odur ki, hörmətli nazirimiz, Sizdən ricamız bu qanunsuzluqları bildiyimiz üçün üzləşdiyimiz təhdidlərlə əlaqədar təhlükəsizliyimizə təminat verilməsidir. İnanırıq ki, bu müraciətimiz əsasında müvafiq tapşırıq verəcəksiniz''

Baş redaktor Nicat Mahmudov

Babaşlı Ülvü Babaş oğlu

Əlaqə: 070 500 75 75

01.05. 2026