Dnestryanı Ukrayna üçün təhlükədir.
1xeber.media xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko RBC-Ukraine-ya verdiyi müsahibədə bildirib.
"Dnestryanı seqmentində Moldova ilə sərhəd təhdidedici istiqamətdir (...) Qondarma Dnestryanı ilə sərhəddə hələlik heç bir sabotaj və kəşfiyyat əməliyyatları cəhdi və ya avadanlıqların hərəkəti qeydə alınmayıb", - deyə o vurğulayıb.
Demçenko jurnalistin Rusiyanın Dnestryanı Moldaviya Respublikası (PMR) ilə sərhəd yaxınlığında bufer zonası yaratmaq planları ilə bağlı sualını cavablandırarkən bildirib.
Eyni müsahibədə Andrey Demçenko iddia edib ki, Belarus guya "Rusiyanın istifadəsi" üçün Ukrayna ilə sərhəd yaxınlığında hərbi infrastruktur inkişaf etdirir. Lakin o, Rusiyanın guya sərhədi keçmək üçün Belarus ərazisində kifayət qədər qoşun saxlamadığını iddia edib.