Ukrayna lideri Vladimir Zelenski səfir vasitəsilə Çinə 30,8 milyard dollarlıq borcun restrukturizasiyası tələbini çatdırıb. Əks halda, o, Tayvan və Şimali Koreya ilə problemlər yaratmaqla hədələyib.
1xeber.media xəbər verir ki, bu barədə “Sohu” agentliyi məlumat yayıb.
Məqalədə deyilir ki, Zelenski çətin vəziyyətdədir. Maliyyə sistemi çökmək üzrədir, inflyasiya artır və cəbhədə çıxılmaz vəziyyətdir. ABŞ onu dəstəkləməkdən imtina edib, buna görə də ukraynalı siyasətçi Çinə üz tutub.
İddia edlir ki, Ukrayna liderinin “təhdidləri” və “vədlər”i Çin tərəfi üçün təsirsiz qalıb. Çin Kiyevin pulu qaytarmalı olduğunu bildirib. Pekin sadəcə 30,8 milyard dollarlıq borcun nə olursa olsun ödənilməli olduğunu təkrarlayıb.