Вернуться назад Распечатать

İndoneziyada vulkan püskürdü: 20 turist itkin düşdü

İndoneziyanın Dukono dağında vulkan püskürməsi nəticəsində 20 turist itkin düşüb.

1xeber.media xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, itkin düşən turistlərdən 9-u Sinqapur, digərləri isə İndoneziya vətəndaşıdır.

Yerli hakimiyyət orqanları bölgə sakinlərini və turistləri vulkan kraterinə 4 kilometrdən artıq yaxınlaşmamağa çağırıb. Mütəxəssislər həmçinin güclü yağışlar zamanı vulkanik palçıq axınları təhlükəsi barədə xəbərdarlıq ediblər.