Вернуться назад Распечатать

Zelenski cəbhə xəttinə yollandı

Ukrayna Prezidenti Vladimir Zelenski cəbhənin Aleksandrovski istiqamətinə yollanıb.

1xeber.media xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram kanalında məlumat yayıb.

Prezident 31-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın əsgərləri ilə görüşdüyünü və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinlədiyini bildirib.