Вернуться назад Распечатать

Zaqatalada güllələnən şəxs iş adamı imiş - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

1xeber.media "Oxu.az"a istinadən xəbər verir ki, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.

O, Zaqatalada restoran sahibi olub.

***08:49

Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

1xeber.media xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.