Вернуться назад Распечатать

Hər kəs Rusiyanın çökəcəyini düşünürdü - Putin

Bilirik ki, hər kəs Rusiyanın altı ay ərzində sürətlə çökəcəyinə ümid edirdi.

1xeber.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında jurnalistlərə deyib.

“Onlar bizneslərin, bank sistemlərinin fəaliyyətini dayandıracağını, milyonlarla insanın küçələrə çıxacağını, eləcə də hər şeyin çökəcəyini düşünürdülər”, - deyə Putin bildirib.