Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları Moskvanın öz təminatını gücləndirir.
1xeber.media xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Feysbuk platformasında videomüraciət edərkən deyib.
Fitso Ukraynaya hərbi kreditlərin verilməsini və bəzi Avropa ölkələrinin Slovakiya nümayəndə heyətinə Moskvaya getmək üçün öz hava məkanlarından keçməyə icazə verməməsini tənqid edib. O, bu cür hərəkətlərin qarşılıqlı etimadı zəiflətdiyini vurğulayıb.
Digər tərəfdən, Fitso Ukraynada üç günlük atəşkəsi alqışlayıb və münaqişəyə danışıqlar yolu ilə tez bir zamanda son qoyulmasına çağırıb.
“Moskvadakı görüşümüz zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyindən mən AB-dəki tərəfdaşlarım üçün bir çox ciddi nəticələr çıxardım.
Bir daha təsdiqləndi ki, Avropa Birliyi Rusiya ilə bərabərhüquqlu siyasi dialoq aparmır”, - deyə baş nazir əlavə edib.