Вернуться назад Распечатать

Yaponiyadan Rusiya ilə bağlı gözlənilməz addım

Yaponiya rəsmiləri hazırda Rusiyaya rəsmi səfərə hazırlaşırlar və bu səfər may ayının sonlarında baş tuta bilər.

1xeber.media xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Yaponiya Ticarət Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, nümayəndə heyətinə hökumət rəsmiləri ilə yanaşı, özəl sektor nümayəndələri də qoşula bilər. Bu addımın əsas səbəbi əmlak məsələlərinin həlli zərurətidir.

Agentlik müvafiq nazirliyə istinadən bildirib ki, Rusiyada qalan yapon şirkətlərinin aktivlərini qorumaq lazımdır.

Mövcud məlumata görə, Yaponiya hökuməti artıq müvafiq sorğular aparır və Moskva ilə hökumətlərarası əlaqə saxlayır. Eyni zamanda, Tokio geniş iqtisadi əməkdaşlığın bərpası ilə bağlı şayiələri qəti şəkildə təkzib edib.