Вернуться назад Распечатать

Kürdəmirdə Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub

  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə rayonun icra başçısı Elşən Həsənli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.

1xeber.media xəbər verir ki,daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda rayonun İcra başçısı Elşən Həsənli, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edilən tədbirdə Ümummilli liderin həyatı və siyasi yolu haqqında videoçarx izlənilmiş, çıxışlarda Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi olduğu vurğulanmışdır.
Sonda rayonun Bayraq meydanında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.