Вернуться назад Распечатать

Xocalıda Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Mayın 10-da Xocalı rayonunun Ballıca kəndində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən aksiya zamanı  Ballıca kəndində müxtəlif növ ağac və gül kolları əkilib.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, aksiyanın məqsədi H. Əliyevin xatirəsini yad etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın qorunmasına dəstək olmaqdır.