1xeber.media xəbər verir ki, Türkiyədə taksi sürücüsü onu girov saxlayan ağır silahlı cinayətkarı qəhrəmancasına zərərsizləşdirib.
Qaziantep şəhərində cütlük 58 yaşlı taksi sürücüsünü pompalı ov tüfəngi ilə silah gücünə qaçırıb.
Təqib zamanı şübhəli şəxs hərəkətdə olan taksinin içindən polis əməkdaşlarına atəş açıb.
Polis avtomobilin qarşısını kəsən zaman taksi sürücüsü yaxın məsafədən zabitlərə atəş açmaq istəyəndə silahı adamdan uzaqlaşdırıb.
Şübhəli şəxs və onun yoldaşı saxlanılıb. Taksi sürücüsü yüngül xəsarətlər alıb.