Вернуться назад Распечатать

Şahbaz Şərif Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif yaxın zamanda Rusiyaya səfər edəcək. 

1xeber.media xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi TASS-a müsahibəsində bildirib.

“Ümid edirəm ki, tarix artıq iyun və ya iyul ayına yaxın dəqiqləşəcək. Baş nazir bu səfəri səbirsizliklə gözləyir. Əlbəttə ki, tarix razılaşdırılan kimi elan ediləcək”, - o deyib.