Türkiyəli müğənni Yusuf Güney məhkəmə nəzarəti tədbirləri altında ev dustaqlığına buraxılıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Bölməsinin qrupları rəqəmsal platformada yayımlanan proqramda iştirak edən Yusuf Güneyin "Ayahuasca Çayı"nın istehlakını təşviq edən ifadələr işlətdiyini müəyyən edib.
Araşdırmalar nəticəsində məlum olub ki, "Ayahuska Çayı"nda tapılan DMT qadağan olunmuş maddələr arasındadır. Əlavə araşdırmalardan sonra Yusuf Güney saxlanılaraq məhkəməyə göndərilmiş və 9 apreldə məhkəmə tərəfindən həbs edilmişdi.