İran özünün nüvə proqramından imtina etməyəcək və ən böyük arqument də Ukraynanın nüvədən imtinasını göstərir.
1xeber.media xəbər verir ki, bunu Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim “Əl Cəzirə”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran nüvə proqramına yaşamaq və dövlət suverenliyi məsələsi kimi baxır:
“Bir dəfə İran rəsmisi mənə dedi: “Ukrayna nüvə silahından imtina etdi, baxın ona nə oldu”. İran bir dövlət olaraq görür ki, İsrail və Pakistan nüvə silahlarına sahibdir, hətta rəsmi olaraq etiraf etməkdən imtina etsələr belə. Düşünürəm ki, İran nəhayət nüvə silahna sahib olacaq. 20 ildən sonra da olsa, onlar buna nail olacaqlar”.