ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat planlaşdırarkən İsrailin baş naziri Benyamin Netanyahunu generallarından daha çox dinləyib.
1xeber.media xəbər verir ki, bu açıqlamanı təqaüddə olan fransız generalı Mişel Yakovleff sosial mediada Clash Report-a istinadən verib.
"Tramp Netanyahunu dinləyir və lap əvvəldən danışan öz generallarını qulaqardına vurur.
Rejim dəyişikliyi nəzəriyyəsinə gəldikdə isə, onlar bunun cəfəngiyat olduğunu dedilər", - deyə zabit bildirib.
Yakovleff əvvəllər ölkələrin Hörmüz boğazını müdafiə etmək üçün Amerika koalisiyasında iştirakını Titanik üçün bilet almaqla müqayisə etmişdi. O, indi uğursuz strategiyaları dəstəkləməyin vaxtı olmadığını söylədi.