Вернуться назад Распечатать

Qumru Məmmədovanın lüks avtomobili...Quba-Xaçmaz Regional Gənclər Və İdman İdarəsində yaşanan olay (FOTO)

1xeber.media xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər Və İdman İdarəsinin rəhbəri ilə bağlı facebook sosial şəbəkəsində qalmaqallı status paylaşılıb. Dəyanət Azərsoy adlı şəxsin statusunu olduğu kimi təqdim edirik:

"Quba-Xaçmaz Regional Gənclər Və İdman İdarəsi ndə sürücü ştatı varmı? yoxdumu? Elə isə izahını verim  Bölgədə danışılanlara baxsaq, deyəsən bu idarədə sürücüdən çox “özün idarəetmə sistemi” tətbiq olunur.

Məsələ burasındadır ki, idarənin xanım rəisi Qumru Mammadova  üçün lüks xidməti avtomobil ayrılıblar.
Maraqlı tərəf odur ki, həmin avtomobili çox vaxt elə Qumru xanım özü idarə edir. Quba şəhərində  hara gedirsən, Qumru xanım və xidməti maşını  gözə dəyir. Adam düşünür ki, bəlkə region idarəsində ən fəal işləyən elə bu avtomobildir.
İndi burada ortaya başqa sual çıxır: Əgər idarədə sürücü varsa, niyə sükan arxasında rəisin özü əyləşir? Yox əgər sürücü yoxdursa, onda bu ştat hara yoxa çıxıb?Bir az da irəli getsək, adamın ağlına lap qəribə ehtimallar gəlir
Birdən sabah məlum oldu ki, Qumru xanımın ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur? Onda nə olacaq? Maşını kim idarə edəcək?
Mustafa bəy?
Yox artıq bu alınmadı. Adam özü rəhbər heyətdədir, bölgənin gənclərinin işi ilə məşğul olmalıdır. Gedib Qumru xanım üçün  sürücü işləyəsi deyil ki.
Ümumiyyətlə, region idarəsi ətrafında o qədər maraqlı söhbətlər dolaşır ki, adam yazmağa çatdıra bilmir. Tələsməyin… Çünki deyilənə görə, qarşıdakı mövzular indidən daha maraqlı və daha “sürətli” olacaq".

Qeyd edək ki, Dəyanət Azərsoy bir müddət sonra paylaşdığı statusu silib. Qarşı tərəfin mövqeyin işıqlandırmağa hazırıq.