1xeber.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın məlumatına görə, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı daim əlaqə saxlayırlar.
Kreml sözçüsü vurğulayıb ki, "Əlaqələrə gəldikdə, biz amerikalılarla mövcud kanallar vasitəsilə dialoqumuzu davam etdiririk. Bu əlaqələr davam edir".
Onun sözlərinə görə, Ukrayna tərəfi ilə informasiya mübadiləsi ABŞ vasitəsilə həyata keçirilir. Peskov əlavə edib ki, Ukrayna münaqişəsi başa çatarsa və ya ABŞ ikitərəfli münasibətlərin inkişafını onun həlli ilə əlaqələndirməkdən imtina edərsə, Moskva və Vaşinqton bir çox qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər.