Вернуться назад Распечатать

FHN-in 444 minlik avtomobil tenderində "borclu" qalib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi xidməti nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

1xeber.media 32gun.az -a istinadla xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "AUTO AZƏRBAYCAN" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 443 min 600 manatlıq müqavilənin bağlanması gözlənilir.

Digər əsas məlumata görə,  Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 118 ünvanında qeydiyyatda olan və qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğlu olan şirkətin dövlət büdcəsinə 145 min 877 manat 50 qəpik məbləğində vergi borcu var. 

Qeyd edək ki, qanunvericiliklə dövlət satınalmalarında iştirak edən tərəflərin vergi borcunun olmaması mühüm şərtdir.