Вернуться назад Распечатать

"Gələcəyimiz Qərbi Azərbaycan olacaq" - Köçəryan

"Əgər Nikol Paşinyan 2026-cı ildə seçilərsə, gələcəyimiz Qərbi Azərbaycan olacaq".

1xeber.media xəbər verir ki, bunu "Ermənistan" blokunun baş nazirliyə namizədi, keçmiş prezident Robert Köçəryan deyib. 

Köçəryan qeyd edib ki, Paşinyanın 2018-ci ildə vəd etdiyi hər şey uğursuz olub: "Vəziyyət o qədər absurddur ki, məntiqi zəncirə sığmır. Xalqa yenə də deyirlər ki, birincilər günahkardır, amma Paşinyan özü günahkar deyil. Siz bu yolla getməyə hazırsınız? Mən hazır deyiləm. Komandamız mübarizəyə qoşulub və vəd etdiyi hər şey yerinə yetirilib.

Əgər bir gün səbri tükənib "Aİİ-dən çıxın" desə, biz nə edəcəyik? Əgər ləyaqətimiz varsa və uşaqlarımızın gələcəyindən narahatıqsa, onda Paşinyanın əlindən tutub onu dayandırmalıyıq".