Вернуться назад Распечатать

İran ABŞ-la bağlı BRICS-ə sərt xəbərdarlıq etdi

BRICS ölkələri Amerika despotizmini tarixin zibil qutusuna atmaq üçün birləşməlidirlər.

1xeber.media xəbər verir ki, bu çağırışı İranın xarici işlər naziri Abbas Əraqçi edib.

Diplomat BRICS-in "daha ədalətli, balanslı və humanist" olacaq qlobal nizamın dayağına çevriləcəyinə əminliyini ifadə edib. Əraqçinin sözlərinə görə, qrupdakı bir çox ölkə Amerika despotizminin müxtəlif formaları ilə qarşılaşıb və onunla mübarizə aparmağa öyrəşib.

Xarici işlər naziri vurğulayıb ki, "İndi birgə səylərlə bu cür davranışın tarixin zibil qutusuna atılmalı olduğunu nümayiş etdirməyin vaxtıdır".

Daha əvvəl Əraqçi İsraillə əməkdaşlıq edən ölkələri İslam Respublikasına qarşı məsuliyyətə cəlb edəcəyinə söz verib.