Вернуться назад Распечатать

Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı - Video

Mayın 14-də Rusiya ordusu Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, şəhərə PUA, ballistik və qanadlı raketlərlə zərbələr endirilib. Şəhərin 7 rayonunda dağıntı və yanğınlar qeydə alınıb.

Bildirilib ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

Paytaxtın Darnitski rayonunda yaşayış evi çöküb, dağıntılar altında qalanlar var.

***

Rusiya ordusunun Kiyevə raket və PUA-larla kütləvi zərbələri nəticəsində yaralıların sayı 40-a çatıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, yaralanların ikisi uşaqdır.

***

Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə 5 nəfərin öldüyü məlumdur.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyevdə 40-a yaxın insan yaralanıb:

“Hazırda Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı davam edir, 10-dan çox insan itkin düşmüş sayılır”.