"102-ci hərbi baza Ermənistan qanunvericiliyi altında fəaliyyət göstərməlidir".
1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Rusiyanın vətəndaşlarını qorumaq üçün 102-ci hərbi baza adı altında hər hansı bir addım ata biləcəyindən qorxmadığını açıqlayıb: "Xeyr, heç bir qorxu yoxdur, çünki Rusiyada qüvvədə olan qanunlardan asılı olmayaraq, hərbi baza Ermənistan qanunvericiliyi çərçivəsində və Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərməlidir".