Вернуться назад Распечатать

ABŞ Raul Kastroya qarşı cinayət işi açmağa hazırlaşır

ABŞ keçmiş Kuba lideri Raul Kastro barəsində mümkün ittihamlar irəli sürməyə hazırlaşır.

1xeber.media xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

“ABŞ Kubanın 1996-cı ildə iki təyyarəni vurması və dörd nəfərin ölümünə səbəb olması ilə bağlı keçmiş Kuba lideri Raul Kastroya qarşı mümkün ittihamlar hazırlayır.

Həmin vaxt Kuba qırıcı təyyarələri mühacir təşkilatı “Xilasetmə Qardaşları” tərəfindən idarə olunan iki mülki “Sessna” təyyarəsini vurmuşdu.

Beynəlxalq araşdırma nəticəsində təyyarələrin vurulan zaman Kuba hava məkanından kənarda olduğu müəyyən edilmişdi.

O dövrdə Fidel Kastro Kubaya, Raul Kastro isə Silahlı Qüvvələrə rəhbərlik edirdi. Kuba rəsmiləri uzun müddətdir ki, vurulmanın qanuni olduğunu müdafiə edirlər”, - məlumatda bildirilib.