Вернуться назад Распечатать

Tramp göstəriş verdi: ABŞ ordusu onu məhv etdi

Dünən gecə ABŞ və Nigeriya qüvvələri Afrikada İŞİD-in ikinci ən yüksək rütbəli komandiri Əbu Bilal əl-Minuqini zərərsizləşdirib.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında məlumat verib.

"Bu gecə, mənim göstərişimlə, cəsur Amerika və Nigeriya hərbçiləri dünyanın ən aktiv terrorçusunu məhv etmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb bir missiyanı qüsursuz şəkildə yerinə yetirdilər. Dünyada ikinci ən yüksək rütbəli İŞİD komandiri Əbu Bilal əl-Minuqi Afrikada gizlənə biləcəyini düşünürdü. Amma onun fəaliyyətləri barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi", - Tramp yazıb.