Mayın 16-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindənverilən xəbərə görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.