Вернуться назад Распечатать

SON DƏQİQƏ: Naxçıvana uçuşlar dayandırıldı – AZAL-dan təcili açıqlama

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

AZAL-ın mətbuat xidmətindən 1xeber.media-ya  daxil olan xəbərə görə, qurum sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.