Вернуться назад Распечатать

Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER

“Sosial Xidmətlər Agentliyi” PHŞ (VÖEN: 1405196831) yeni tender elan edib.

1xeber.media  xəbər verir ki, tender çərçivəsində əlilliyi olan şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 1 milyon 980 min manatdır. Hər mənzilin alınması üçün 99 min manat pul ayrılıb.

Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Fəridə Əlixanlı – Baş mütəxəssis /
[email protected] / +994 12 525 41 30
Şərtlərə görə, iddiaçılar təkliflərini 20 may 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.
dia.az