Azərbaycanda daha bir şirkət – «Kon-Lay Project» MMC (VÖEN: 1301807111) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»lar siyahısına əlavə edilib.
1xeber.media FED.az-a istinadən xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini qərarı verib.
Məlumata görə, buna səbəb şirkətin sənəd saxtalaşdırma hallarına yol verməsi olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 1 illik müddətə - yəni 2027-ci ilin may ayının 12-ə qədər qadağan edilib.
Məlumat üçün bildirək ki, «Kon-Lay Project» MMC bu il dövlət qurumlarının 3 tenderinin qalibi olub və şirkətlə cəmi dəyəri 60 min manat olan satınalma müqavilələri bağlanıb. 2025-ci ildə isə şirkət 19 müxtəlif tenderin qalibi olub və 393 min manatlıq işlər həyata keçirib.
2024-cü ildə şirkət cəmi dəyəri 102 min manat olan 5 satınalma müqaviləsi bağlayıb. Yekunda şirkət 2024-cü ilin oktaybr ayından bu ilin aprel ayının dördünə kimi şirkət 555 min 377 manatlıq işlər həyata keçirib.
Qeyd edək ki, “Kon-Lay Project” MMC 2008-ci ilin 11 noyabr tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğlu olan şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev.78, m.20 ünvanıdır.