"Eurovision"un direktoru Martin Qrin Rusiyanın musiqi yarışmasında iştirak etmə ehtimalı ilə bağlı yeni açıqlama verib.
1xeber.media xəbər verir ki, onun sözləri Telegram-dakı "News. Live"-dan sitat gətirilib.
O, Rusiyanın yarışmaya qayıtması ilə bağlı hazırda heç bir danışıqların aparılmadığını açıqlayıb.
Qrin daha əvvəl LBC-yə verdiyi müsahibədə Rusiyanın üzvlük qaydalarına əməl edildiyi təqdirdə yarışmaya buraxıla biləcəyini bildirmişdi. O, ölkənin Ukraynadakı hərbi əməliyyatlara görə deyil, dövlət yayımçısı VGTRK-nın hakimiyyətdən müstəqilliyinə dair dəlillərin olmaması ilə əlaqədar olaraq ləğv edildiyini qeyd edib.