ABŞ-ın İranın təkliflərinə verdiyi cavabda Vaşinqtonun beş əsas şərti əksini tapıb.
1xeber.media xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
ABŞ-ın əsas 5 şərti aşağıdakılardır:
- ABŞ İrana heç bir kompensasiya və ya zərər ödəməyəcək;
- İran 400 kiloqram zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməlidir;
- İranın bütün nüvə obyektlərindən yalnız biri fəaliyyətini davam etdirə bilər;
- ABŞ dondurulmuş İran aktivlərinin hətta 25 faizini belə ləğv etməyə hazır deyil;
- Müharibənin bütün istiqamətlərdə dayandırılması danışıqların davam etməsindən asılı olacaq.
Vurğulanır ki, hətta bu şərtlər yerinə yetirilsə belə, ekspertlər ABŞ və İsrailin hərbi əməliyyat təhdidinin qalacağına inanırlar.
Qeyd edək ki, İran etimadın bərpası üçün beş ilkin şərt irəli sürmüşdü:
- Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin tamamilə dayandırılması;
- İran əleyhinə sanksiyaların ləğvi;
- Xaricdə bloklanmış İran vəsaitlərinin dondurulmasının ləğvi və geri qaytarılması;
- Müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya;
- İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması.