Вернуться назад Распечатать

Mozambikli memar: Azərbaycan dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə mühüm rol oynaya bilər

 

Müasir dövrdə şəhərlərin qarşısında duran çağırışlar dayanıqlı inkişaf məsələsini daha da акtual edir. Bu kimi beynəlxalq tədbirlər ölkələr və şəhərlər arasında bilik və təcrübə mübadiləsi baxımından mühüm platformadır.

1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Mozambikin Matola bələdiyyəsindən olan memar və şəhərsalma üzrə mütəxəssis Manuel Nhanzima deyib.

O qeyd edib ki, tədbir iştirakçılara həm öz təcrübələrini bölüşmək, həm də dünyanın müxtəlif ölkələrində tətbiq olunan innovativ yanaşmaları öyrənmək imkanı yaradır: “Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan və şəhərsalma məsələlərinə vahid yanaşmadan keçir. Biz özümüzü ayrı-ayrı, tam müstəqil bələdiyyə və ya ölkə kimi deyil, vahid dünyanın bir hissəsi kimi görməliyik. Dünyada həyata keçirilən təşəbbüsləri izləmək və mövcud imkanlardan faydalanmaq vacibdir".

Manuel Nhanzima Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə mühüm rol oynaya biləcəyini də diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycan ilk növbədə bilik və təcrübə paylaşımı istiqamətində əhəmiyyətli töhfə verə bilər. Bununla yanaşı, mənzil və şəhərsalma problemlərinin həlli üçün maliyyə imkanlarının genişləndirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır.