Вернуться назад Распечатать

Belarus və Rusiya nüvə təlimlərinə başladı

Belarus Rusiya ilə birlikdə nüvə təlimləri keçirir. 

1xeber.media “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb. 

Təlimlər zamanı hərbi hissələrin nüvə döyüş sursatlarının çatdırılması və onların tətbiqinə hazırlıq işləri sınaqdan keçiriləcək. 

Təlimlərə raket qoşunlarının və aviasiyanın hərbi hissələri cəlb edilib. Məqsəd silah və texnikanın hazırlığının yoxlanılması, həmçinin şəxsi heyətin hazırlıq səviyyəsinin təkmilləşdirilməsidir.