Вернуться назад Распечатать

Bu, bizim ortaq yol xəritəmiz olaraq qalır

Yeni Şəhər Gündəliyi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün beynəlxalq ictimaiyyətin ortaq yol xəritəsi olaraq qalır.

1xeber.media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Annalena Berbok videomüraciətində bildirib.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin prinsipləri qəbul edildiyi 10 il əvvəl olduğu kimi bu gün də aktuallığını qoruyur.

“Yeni Şəhər Gündəliyi bizim ortaq yol xəritəmiz olaraq qalır”, – Annalena Berbok qeyd edib.

O vurğulayıb ki, sənədin əsas məqsədi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin inkişafını təşviq etməkdir.