Hazırda Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
1xeber.media xəbər verir ki, dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qatıldığı sessiyada mədəni proqram təqdim olunub.





