Macarıstanın xarici işlər naziri Anita Orban ukraynalı həmkarı Andriy Sybiha ilə telefonla danışıb. Tərəflər Transkarpatiyadakı macar milli azlığının hüquqları ilə bağlı işçi qruplarının yaradılması barədə razılığa gəliblər.
1xeber.media xəbər verir ki, Diplomat bu barədə sosial media hesabında məlumat verib.
"Trankarpatiyadakı macar azlığının hüquqlarının tənzimlənməsinə yönəlmiş Macarıstan-Ukrayna ekspert səviyyəli məsləhətləşmələri Transkarpatiyadakı macar icmasının nümayəndələrinin iştirakı ilə başlayacaq. Mən bu barədə Andriy Sybiha ilə razılaşdım. Hər iki tərəf ilk məsləhətləşmələrini onlayn keçirəcək danışıqlar aparan nümayəndə heyətlərini təyin edib", - deyə nazir qeyd edib.
Orban qrupların işinin məhsuldar olacağına və "danışıqların tezliklə Transkarpatiyadakı macar icması üçün nəzərəçarpacaq irəliləyiş gətirəcəyinə" ümid etdiyini bildirib.
2025-ci ilin mart ayında Macarıstanın keçmiş xarici işlər naziri Peter Sijjarto Ukrayna və Avropa Birliyinin (AB) Transkarpatiya macarlarının bütün problemlərinin artıq həll olunduğunu və digər vətəndaşlarla bərabər hüquqlara malik olduqlarını deyərkən yalan danışdıqlarını bildirib.