Вернуться назад Распечатать

Etiraz aksiyası zamanı Paşinyan onu vətəninə xəyanət etməkdə günahlandıran...

Ermənistanın Baş naziri Nikol Paşinyan onunla mübahisə edən Qarabağlı erməni qadına qışqıraraq, siyasi rəqiblərini, xüsusən də keçmiş prezident Robert Köçəryanı və Güclü Ermənistan partiyasının rəhbəri Samvel Karapetyanı məhv edəcəyinə söz verib.

1xeber.media xəbər verir ki, bu barədə mayın 18-də Sputnik Ermənistan radiosu məlumat yayıb.

Parlament seçkilərindən əvvəl Yerevanda seçicilərlə görüş zamanı qadın Paşinyana yaxınlaşaraq onun "vətənini oğurladığını, bütün gənc nəsli məhv etdiyini və uşaqlarını və qardaşını əlindən aldığını" bildirib.

Cavab olaraq Paşinyan münaqişə zamanı "qaçmış" Qarabağ sakinləri haqqında qışqıraraq, siyasi rəqiblərini "əyəcəyinə" söz verib.