Вернуться назад Распечатать

Zelenski ABŞ şirkətlərini Rusiya ilə əlbir olmaqda ittiham etdi

Ukrayna Prezidenti Vladimir Zelenski adı açıqlanmayan Amerika şirkətlərini Krımdan taxıl ixrac etməkdə ittiham edib.

1xeber.media xəbər verir ki, o, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (SVRU) rəhbəri Oleq Luqovski ilə görüşdən sonra Telegram kanalında açıqlayıb.

“Təəssüf ki, biz Krım ərazisindən (...) taxıl ixracını tənzimləmək cəhdlərini, eləcə də ABŞ-dan olan qurumların iştirakı ilə yarımadanın digər iqtisadi istismarını qeydə almışıq. Tərəfdaşlarımızı məlumatlandıracağıq”, - deyə o yazıb.

Dövlət başçısının sözlərinə görə, Ukrayna kəşfiyyatı həmçinin Rusiyanın neft və qaz Arktika layihələrinə xarici texnologiyaların və investisiyaların cəlb edilməsini də qeydə alır. O, Kiyevin buna qarşı çıxacağını bildirib.

Zelenski daha əvvəl ABŞ-ın texnologiya şirkəti Palantir Technologies-in baş icraçı direktoru Aleks Karpla görüşüb. O, Ukraynanın ABŞ müdafiə sektoru ilə əməkdaşlığı inkişaf etdirdiyini bildirib.