Вернуться назад Распечатать

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır.

1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 18-də “Avronyus” televiziyasına müsahibəsində deyib.

“Avropa Birliyinin 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.