Вернуться назад Распечатать

Tramp Kubaya hücumu müzakirə edir - Politiko

Tramp administrasiyası Kubaya qarşı hərbi ssenarini getdikcə daha çox müzakirə edir.

1xeber.media xəbər verir ki, bu barədə “Politiko” Ağ Ev və Amerika rəsmiləri arasındakı mənbələrə istinadla məlumat yayıb.

“Vaşinqton Havanaya təzyiqin, o cümlədən faktiki neft blokadasının Kuba hakimiyyətini güzəştə getməyə məcbur etməməsindən məyusdur. Tramp administrasiyası hazırda hava hücumundan tutmuş tammiqyaslı rejim dəyişikliyi əməliyyatına qədər, hərbi variantı daha ciddi qəbul edir. ABŞ Cənub Komandanlığı artıq potensial hərbi əməliyyatlarla bağlı bir sıra görüş keçirib. İndi əvvəllər gündəmdə olmayan hərbi varianta baxılır”, - mənbə bildirib.

Nəşr qeyd edib ki, hələlik təcili tədbirlər barədə heç bir qərar yoxdur.